İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Futbol stadionlarında ən dəhşətli faciələr - VİDEO
27 Avqust 2013 12:08
0 Şərh
Baxış: 2 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən bazar günü Azərbaycan Premyer Liqası çərçivəsində "Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra stadionda qalmaqal yaşandı. Hadisə nəticəsində güc strukturlarının əməkdaşları arasında yaralananlar oldu. Günahkarlar saxlanıldı. Bu hadisə futbol oyunları zamanı baş verən faciələri yenidən gündəmə gətirdi.
Milli.Az xəbər verir ki, Azadlıq Radiosu dünya futbol tarixində baş vermiş faciələr barədə məlumat yayıb.
1. Peru, Lima, Milli Arena
1964-cü ildə Peru və Argentina milliləri arasındakı qarşılaşma 318 nəfərin həyatını itirməsi ilə bitmişdi.
Argentina 1-0 öndə ikən hakim Peru komandasının oyunun sonunda vurduğu qolu saymamışdı.
Bu da yerli fanatların etirazına səbəb olmuş və onlar metal maneələri aşırıb meydana axışmağa cəhd etmişdilər.
Polis bunun qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə etmiş, bu da azarkeşlərin kütləvi şəkildə tribunalardan çıxışa doğru axışması ilə nəticələnmiş, basabas yaranmışdı.
Ölənlərdən əlavə, 500-dən çox adam da xəsarət almışdı.
2. Qana, Akkra, Akkra İdman Arenası
2001-ci ildə Qananın iki güclü komandası - "Hearts of Oak" və "Asante Kotoko" qarşılaşırdı.
Yerli komanda - "Hearts of Oak" oyunun sonunda iki qol vuraraq irəli çıxmış və bu, rəqib komandanın azarkeşlərini qəzəbləndirmişdi.
Onlar plastik oturacaqları sındırıb meydana atmağa başlamışdılar.
Polis onlara gözyaşardıcı qaz və rezin güllə atdığı üçün basabas yaranmış və 127 nəfər ölmüşdü.
Yüzlərlə insan xəsarət almışdı.
Polisi həmin insidentə aşırı reaksiya verdiyi üçün ittiham edənlər də olmuşdu.
3. İngiltərə, Sheffield, Hillsborough
1989-cu ildə İngiltərə kuboku uğrunda qarşılaşma zamanı baş vermiş faciədə 96 "Liverpool" azarkeşi ölmüşdü. ("Nottingham Forest"lə qarşılaşma)
"Liverpool" azarkeşlərinin sayı çox olsa da, onlara ayrılan tribuna hamısını tutmaq üçün yetərli deyildi. Nəticədə tribunada basabas yaranmış, bəzi azrkeşlər basabasdan qurtulmaq üçün dəmir maneələri aşırıb meydana çıxmağa cəhd etmiş, polis isə hadisənin mahiyyətini başa düşmədiyi üçün bunu xuliqanlıq saymış, önləməyə çalışmışdı.
Faciədən sonra Britaniyada oyunu ayaq üstə izləmək üçün biletlərin satışı qadağan edilmiş və bütün oyunlara biletlər stadiondakı oturacaqların sayına uyğun satılmağa başlanmışdı.
4. Nepal, Katmandu, Milli Arena
1998-ci ildə Banqladeş və Nepal milliləri arasında qarşılaşma zamanı başlayan dolu 93 nəfərin həyatına son qoymuşdu. Dolu elə güclü idi ki, 30 min azarkeşin hamısı qaçıb haradasa daldalanmağa çalışırdı. Yaranan basabasda azarkeşlərlə yanaşı, polislər də ölmüşdü.
5. Qvatemala, Qvatemala şəhəri, Mateo Flores Milli Arenası
1996-cı ildə Qvatemala və Kosta-Rika komandaları arasında oyun zamanı yaranan basabasda 80 nəfər ölmüşdü. Faciəyə görə saxta bilet satanlar suçlanmışdı. Basabas stadiona tutumundan xeyli artıq insan buraxıldığı üçün yaranmışdı.
6. Misir, Port Səid
2012-ci il fevralın 1-də Misirin Port Səid şəhərində yerli "Al-Masry" və paytaxt Qahirədən gələn "Al Ahly" komandaları arasında qarşılaşma faciə ilə nəticələnmişdi.
79 nəfər ölmüş, 1000-dən çox adam yaralanmışdı.
Yerli azarkeşlər qonaq komandanın fanatlarına bıçaq, armatur, butılka, dəyənəklərlə hücum çəkmişdilər.
Bir çox müşahidəçilər bu hadisənin əvvəlcədən planlaşdırıldığını, yerli azarkeşlər arasına təxribatçıların salındığını və polisin qəsdən, "qisas məqsədilə" hadisəyə müdaxilə etmədiyini iddia etmişdi.
Həmin oyun keçmiş prezident Hüsnü Mübarəkin tərəfdarları və mülki geyimli polis əməkdaşlarının dəvə üstündə Qahirədəki Təhrir meydanındakı inqilabçılara hücum çəkməsinin ildonümünə təsadüf etmişdi. Paytaxt komandasının azarkeşlərinin çoxu məhz həmin vaxt meydanda Mübarək tərəfdarlarına müqavimət göstərmiş gənclər idi...
7. Argentina, Buenos Aires, Estadio Monumental
"River Plate" və "Boca Juniors" arasındakı qarşılaşmada yaşanan insident 71 nəfərin həyatına son qoymuşdu.
1968-ci ildəki həmin faciənin əsl səbəbi açıqlanmasa da, bir çoxları inanır ki, insident "Boca" azarkeşlərinin yuxarı tribunada rəqib komandanın bayraqlarını yandırması və aşağı atması, beləliklə də aşağı tribunadakı "Boca" fanatları arasında basabasın yaranmasından törəmişdi.
8. İngiltərə, Bradford, "Valley Parade" Stadionu
Bu hadisə daha çox "Bradford yanğını" kimi tanınır. 1985-ci ildə baş vermiş həmin hadisədə 56 nəfər ölmüşdü.
Güman edilir ki, yanğına azarkeşlərdən birinin tribunada siqareti söndürmədən yerə atması və tribunanın altına yığışmış zir-zibilin alovlanması səbəb olub. Yanğından qaçıb canını qurtarmağa çalışan azarkeşlər basabas yaratmışdılar. Polis insanların tribunanı tərk edib yaşıl meydana çıxmasına şərait yaratsa da, faciədən qaçmaq mümkün olmamışdı.
9. Rusiya, Moskva, Lenin Stadionu
1982-ci ildə Moskvada UEFA kuboku çərçivəsində yerli "Spartak"la Hollandiyanın "HFC Haarlem" komandası qarşılaşırdı.
Stadionu tərk edən azarkeşlər oyunun sonunda gələn qoldan sonra geri qayıtdıqları üçün basabas düşmüş və 66 nəfər ölmüşdü. Sovet hökuməti yekun ölü sayını açıqlamaqdan imtina etmişdi.
10. Şotlandiya, Qlazqo, İbrox Stadionu
1971-ci ildə "Rangers" və "Celtic" arasında oyun başa çatana yaxın yerli azarkeşlər meydanı kütləvi şəkildə tərk etməyə başlayır.
"Rangers" pis oyun sərgilədiyi üçün onlar oyuna axıra qədər baxmaq istəmirlər.
Çıxışların birinin ağzında basabas düşür və 66 nəfər həyatını itirir.
Basabasın nədən yarandığı mübahisəlidir. Amma bir çoxlarının bildirdiyinə görə, atasının çiynində əyləşən uşaq yerə yıxıldığı və ətrafdakılar onun ayaq altında qalmasını önləmək üçün ətrafında "halqa" yaratdıqları üçün basabas böyümüş və faciəylə bitmişdi.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
-
Arda Güler cəzalandırıldı
-
Millətlər Liqası: Belçika Türkiyəni darmadağın etdi, Farer adaları yenə uduzmadı
XƏBƏR LENTİ
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək
-
Toyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - (Video)
-
Kaşpirovski 87 yaşında vəfat etdi
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bakının bu ərazisində 15 oktyabrdan maşınların hərəkəti tamamilə qadağandır
-
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - (Video)
-
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
-
Bazar günü Bakıda leysan olacaq
-
Nənə-babanızdan qalan sovet pullarını yoxlayın: Bu əskinas az qala 2900 manata satılıb - (Foto)
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsinə töhfə verə bilər - Elçin Əmirbəyov
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - (Video)
-
Məşhur aktyorun idarə etdiyi təyyarə yerə çırpıldı - Özü də, tələbəsi də öldü - (Foto)
-
Canlı yayım zamanı dəhşətli anlar - Jurnalistlər maşının altında qaldı - (Video)
-
Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat
-
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü