İdman

Boksçularımız Yerevanda keçirilən dünya birinciliyində 1/4 finala yüksəliblər - YENİLƏNİB

3 Dekabr 2012 18:01
0 Şərh     Baxış: 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
18:01

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, 91 kq çəki dərəcəsində mübarizə aparan Rahil Məmmədli də artıq 1/4 finala vəsiqəni təmin edib.

Millimizin üzvü 1/8 finalda venesuelalı Alfonso Floresi 13:6 hesabı ilə üstələyib. Məmmədlinin növbəti rəqibi İngiltərə idmançısı Daniel Uilyams olacaq.

---------
17:24


Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, bu gün ilk olaraq boksçularımızdan Pərviz Bağırov (64 kq) rinqə çıxıb. O, 1/8 final mərhələsində Almaniya boksçusu Marsel Orsingerlə qarşılaşıb. İlk raunddan üstünlüyü ələ alan gənclər arasında Avropa çempionumuz ilk hissədə 7:1 hesabı ilə üstün olub. İkinci raund da boksçumuzun eyni hesablı qələbəsi ilə başa çatıb.

Bağırov həlledici raunda rahat çıxmasına baxmayaraq, bu dəfə də rəqibinə daha çox dəqiq zərbə endirib - 6:1. Ümumi hesabda 20:3 hesabı ilə qalib gələn Bağırov 1/4 finala vəsiqə qazanıb.

75 kq çəki dərəcəsində yarışan Orxan Mayıllı isə 1/4 finala vəsiqə əldə etmək üçün venesuelalı Nalek Korbaj Barrera ilə üz-üzə gələcək. Venesuelalı boksçunun ən yaxşı nəticəsi bu il Panamerika məktəblilər yarışında əldə etdiyi gümüş medaldır.

Bu gün boksçularımızdan son olaraq Tural Əhmədov (52 kq) rinqə çıxacaq. Onun rəqibi hindistanlı Dheeraj olacaq. Dheeraj azərbaycanlı idman sevərlərə də yaxşı tanış olan boksçudur. O, 2011-ci ildə Bakıda keçirilən Abbas Ağalarovun xatirəsinə həsr olunmuş turnirdə 3-cü yeri tutmuşdu. Hindistan nümayəndəsi 2010-cu ildə isə Türkiyədə Əhməd Comərd turnirinin yarımfinalında milli komandamızın digər üzvü Fərid İsmayılovu məğlub etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.