Türkiyə

Türkiyədəki meşə yanğını belə başlayıbmış - VİDEO

5 İyul 2025 10:02
Baxış: 935
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İzmirin Buca rayonunda başlayıb Gaziemir və Menderesə yayılan meşə yanğınının necə başladığı məlum olub.

Milli.Az xəbər verir ki, yanğın qaynaq işləri zamanı başlayıb və bu anlar təhlükəsizlik kamerasına düşüb.

Zafer məhəlləsində qeyri-qanuni inşaatda dəmir kəsimi zamanı yaranan qığılcımlar əvvəlcə quru otları, daha sonra isə yaxınlıqdakı meşəlik sahəni alovlandırıb. Güclü küləyin də təsiri ilə yanğın qısa zamanda geniş əraziyə yayılıb və hazırda söndürmə işləri davam edir.

Hadisə ilə bağlı yayılan görüntülərdə qığılcımların otlara sıçrayaraq alovun bir neçə dəqiqə içində meşəyə çatdığı aydın görünür. Yanğınla bağlı inşaat sahibi Y.Ö. və işçilərdən ibarət 5 nəfər saxlanılıb. Onlardan 2 nəfər barəsində həbs, digər 3 nəfər üçün isə məhkəməyə nəzarət tədbiri istənilib.

İzmir Baş Prokurorluğu tərəfindən başlanan istintaq davam etdirilir.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.