İdman

"Neftçi" "Sumqayıt"a aman vermədi: 8:1! - YENİLƏNİB

17 Noyabr 2012 16:50
0 Şərh     Baxış: 989
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
16:50

Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Hesabat turunun açılış matçında son çempion "Neftçi" "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma "ağ-qaralar"ın yeni stadionunda - daha doğrusu bundan sonra ev oyunlarını keçirəcəyi 8-ci km qəsəbəsindəki arenada keçirildiyindən, bakılılar mütləq qələbə qazanmağı hədəfləmişdilər. İlk dövrədə baş tutan görüşdə sumqayıtlılar qalib gəldiyindən (3:2) paytaxt klubu eyni zamanda qisas barədə düşünürdü. Gözlənildiyi kimi, Böyükağa Hacıyevin komandası bu istəyinə çatıb. Özü də çox fərqli hesabla - 8:1.
 
Qeyd edək ki, 13-cü turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
 
Azərbaycan Premyer Liqası
13-cü tur
17 noyabr (şənbə)
 
NEFTÇİ - SUMQAYIT - 8:1 (5:1)
Qollar: N.Kanales, 7 (1:0), J.Vobay, 10 (2:0), N.Kanales, 23 (3:0), J.Vobay, 25 (4:0), E.Cəfərquliyev, 28 (4:1), N.Kanales, 45 (5:1), C.İmamverdiyev, 68 (6:1), B.Bertuççi, 75 (7:1), N.Kanales, 80 (8:1)
Hakimlər: Elvin Əsgərov, Ramiz Əsədov, Elman Musayev, Fərid Məmmədov.
Bakı. 8-ci km. Stadionu.
 
Oyun başladı
Meydan sahibləri görüşün ilk dəqiqələrindən təşəbbüsü ələ alıblar
7. Bunun məntiqi nəticəsi kimi Nikolas Kanales komandasını erkən qolla sevindirir - 1:0
10. Julius Vobay hesab arasındakı fərqi artırır - 2:0
15. Meydan sahibləri top saxlamağa çalışırlar. "Sumqayıt"ın pressinqi isə hələlik bir o qədər də bəhrə vermir
23. "Neftçi" korner qazanır: Kanales dəqiq baş zərbəsi ilə özünün ikinci, komandasının üçüncü qolunu vurur - 3:0
25. Vobay da dubla imza atır. Onun sol ayaqla uzaqdan vurduğu zərbəni rəqib qapıçı Anar Məhərrəmov qaytarmaq istəsə də, sadəcə istiqamətini dəyişə bilir - 4:0
27. "Sumqayıt" cərimə zərbəsi qazansa da, Ceyhun Sultanovun vuruşunda top canlı səddən qayıdır
28. Qonaqlar daha bir cərimə zərbəsi qazanırlar: Bu dəfə cərimə meydançasına ötürməni Emin Cəfərquliyev dəqiq baş zərbəsi ilə tamamlayır - 4:1
30. Flavinyonun qüvvətli zərbəsi dəqiq olmur
36. Baş hakim Elvin Əsgərov "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevi texniki zonadan uzaqlaşdırır
37. "Sumqayıt"da erkən əvəzləmə: Ramil Həşimzadəni Ruslan Qurbanov əvəzləyir
40. "Neftçi" "Sumqayıt"ı topsuz saxlamağa çalışır
45. Kanales komandasının əla hücumunu qolla tamamlayaraq, het-trikə imza atır - 5:1
45+1. Erik Ramos sarı vərəqə alır
45+2. "Sumqayıt" əlverişli mövqedən cərimə zərbəsi qazanır: R.Qurbanovun zərbəsi qapıdan yan keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
49. E.Yunuszadə sarı vərəqə alır
50. "Sumqayıt" fasilədən sonra fəal təsir bağışlasa da, hələlik istəyinə çata bilmir
51. Vobay növbəti qol şansını qaçırır
55. P.F.Azad Stamenkoviçlə hava mübarizəsi zamanı ciddi zədələnir və həkimlər ona meydanda kömək edirlər
61. Flavinyonu C.İmamverdiyev, İ.Mitreskini isə A.Abdullayev əvəzləyir
68. Məhz meydana sonradan girən Arazın xüsusi fəallığı sayəsində Cavid komandasının üstünlüyünü bir qədər də artırır - 6:1
72. U.Pamukun uzaqdan zərbəsini Stamenkoviç kornerə çıxarır
75. Bertuççi komandasının əla hücumunu qolla tamamlayır - 7:1
80. Rəqib qapıçı ilə üz-üzə qalan Kanales onu da aldadaraq pokerə imza atır - 8:1
82. E.Ramosu E.Quliyev əvəzləyir
90. Matçın əsas vaxtına 1 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 8. Elşən Abdullayev, 17. Araz Abdullayev, 20. Eşqin Quliyev, 21. Kamil Nurəhmədov, 25. Cavid İmamverdiyev.
SUMQAYIT: 90. Anar Məhərrəmov, 3. Aftandil Hacıyev, 4. Samir Abasov (k), 5. Murat Doymuş, 7. Pərdis Fərcad Azad, 10. Ceyhun Sultanov, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov, 27. Ramil Həşimzadə, 76. Uğur Pamuk, 95. Ruslan Nəsirli.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Aqşin Muxtaroğlu, 11. Sabir Allahquliyev, 22. Xəyal Mustafayev, 50. Murad Hüseynov, 91. Ruslan Qurbanov, 92. Bəxtiyar Həsənalızadə.
 
18 noyabr: "Bakı" - "Xəzər Lənkəran", "Qarabağ" - "Simurq", "İnter" - "Turan". 19 noyabr: "Qəbələ" - "Kəpəz", "Rəvan" - AZAL.



Turnir cədvəli:

1    İnter                  11    5    5    1    11-5    20
2    Simurq               12    5    5    2    14-7    19
3    Neftçi                 10    6    0    4    24-13   18
4    Qarabağ             12    4    5    3    15-13  17
5    Xəzər Lənkəran   11    4    4    3    17-9    16
6    AZAL                  11    4    4    3    16-12  16
7    Qəbələ               12    4    4    4    13-14   16
8    Turan                  12    4    3    5    13-16   15
9    Rəvan                 12    3    4    5    12-18   13
10    Sumqayıt           13    3    4    6    11-26   13
11    Bakı                   10    1    7    2    8-8      10
12    Kəpəz                12    2    3    4    8-22     9

Bombardirlər:
11 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
5 - Xuan Manuel Varea (Rəvan)
4 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ), Dmitrios Sialmas (Xəzər Lənkəran), Muarem Muarem (Qarabağ)

---------
16:37


Milli.Az xəbər verir ki, "Neftçi" darmadağını davam etdirir. Nikolas Kanales oyunun 79-cu dəqiqəsində özünün 4-cü, komandasının 8-ci qolunu vurur.

15:00. "Neftçi" - "Sumqayıt" - 8:1 (İkinci hissə)
Qollar: Nikolas Kanales, 7 (1:0), 23 (3:0), 45 (5:1), 79 (8:1), Julius Vobay, 10 (2:0), 25 (4:0), Emin Cəfərquliyev, 28 (4:1), Cavid İmamverdiyev, 69 (6:1), Bruno Bertuççi, 76 (7:1)

---------
16:33

Milli.Az xəbər verir ki, "Neftçi" hesabı yenidən dəyişib.

15:00. "Neftçi" - "Sumqayıt" - 7:1 (İkinci hissə)
Qollar: Nikolas Kanales, 7 (1:0), 23 (3:0), 45 (5:1), Julius Vobay, 10 (2:0), 25 (4:0), Emin Cəfərquliyev, 28 (4:1), Cavid İmamverdiyev, 69 (6:1), Bruno Bertuççi, 76 (7:1)

---------
16:26

Milli.Az xəbər verir ki, "Neftçi" "Sumqayıt"la oyunda 6-cı qolunu vurdu. Bu dəfə 69-cu dəqiqədə Cavid İmamverdiyev fərqlənib.

5:00. "Neftçi" - "Sumqayıt" - 6:1 (İkinci hissə)
Qollar: Nikolas Kanales, 7 (1:0), 23 (3:0), 45 (5:1), Julius Vobay, 10 (2:0), 25 (4:0), Emin Cəfərquliyev, 28 (4:1), Cavid İmamverdiyev, 69 (6:1)

---------
15:44

Milli.Az xəbər verir ki, "Neftçi" hesabı artırıb. Oyunun 45-ci dəqiqəsində Nikolas Kanales növbəti dəfə fərqlənib.

15:00. "Neftçi" - "Sumqayıt" - 5:1 (Birinci hissə)
Qollar: Nikolas Kanales, 7 (1:0), 23 (3:0), 45 (5:1), Julius Vobay, 10 (2:0), 25 (4:0), Emin Cəfərquliyev, 28 (4:1)

---------
15:27

Milli.Az xəbər verir ki, oyunun 28-ci dəqiqəsində "Sumyaqıt"ın oyunçusu Emin Cəfərquliyev hesab arasındakı fərqi azaldır.
 
15:00. "Neftçi" - "Sumqayıt" - 4:1 (Birinci hissə)

---------
15:24


Milli.Az xəbər verir ki, oyunun 24-cü dəqiqəsində Julius Vobay özünün ikinci, komandasının dördüncü qolunu vurur.

15:00. "Neftçi" - "Sumqayıt" - 4:0 (Birinci hissə)
Qol:
Nikolas Kanales, 7 (1:0), Julius Vobay, 10 (2:0), Nikolas Kanales, 23, Julius Vobay, 24

---------
15:22

Milli.Az xəbər verir ki, oyunun 23-cü dəqiqəsində Nikolas Kanales özünün ikinci, komandasının üçüncü qolunu vurur.

15:00. "Neftçi" - "Sumqayıt" - 3:0 (Birinci hissə)
Qol:
Nikolas Kanales, 7 (1:0), Julius Vobay, 10 (2:0), Nikolas Kanales, 23

---------
15:10

Milli.Az xəbər verir ki, oyunun ilk dəqiqələrində "Neftçi" təşəbbüsü ələ alıb və erkən qol vurmağa müvəffəq olur. Nikolas Kanales 7-ci dəqiqədə hesabı açır. Az sonra isə, oyunun 10-cu dəqiqəsində Vobay hesabı artırıb.

15:00. "Neftçi" - "Sumqayıt" - 2:0 (Birinci hissə)
Qol:
Nikolas Kanales, 7 (1:0), Vobay, 10 (2:0)

---------
15:00


Milli.Az xəbər verir ki, Azərbaycan çempianatında ilk oyun günündə bir qarşılaşma baş tutur. Son Azərbaycan çempionu "Neftçi" doğma meydanda "Sumqayıt"ı qəbul edir.

 15:00. "Neftçi" - "Sumqayıt"
Hakimlər: Elvin Əsgərov, Ramiz Əsədov, Elman Musayev, Fərid Məmmədov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Əli Hüseynov
8-ci km. stadionu.

---------
10:48

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Son Azərbaycan çempionu "Neftçi" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Son turda səfərdə "Qəbələ"yə uduzan "ağ-qaralar" bu dəfə həmin məğlubiyyəti unutdurmağa çalışacaqlar.

Qeyd edək ki, XIII turun qalan görüşləri sabah və birigün keçiriləcək.
  
17 noyabr (şənbə)

Premyer Liqa, XIII tur


15:00. "Neftçi" - "Sumqayıt"

Hakimlər: Elvin Əsgərov, Ramiz Əsədov, Elman Musayev, Fərid Məmmədov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Əli Hüseynov
8-ci km. stadionu.

18 noyabr (bazar)

14:15. "Bakı" - "Xəzər Lənkəran"

Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Namiq Hüseynov, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Xaqani Məmmədov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.

16:00. "Qarabağ" - "Simurq"

Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Səfər Haşımov
T.Bəhramov adına Respublika stadionu.

18:00. "İnter" - "Turan"

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
"Şəfa" stadionu.

19 noyabr (bazar ertəsi)

14:00."Qəbələ" - "Kəpəz"

Hakimlər: Rahim Həsənov, Zeynal Zeynalov, Azər Əsgərov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Kərim Ağayev
Qəbələ şəhər stadionu.

16:00. "Rəvan" - AZAL

Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Tahir Əhmədov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Gülağa Cabarov
Bayıl Arena stadionu.

Turnir cədvəli:

1    İnter                  11    5    5    1    11-5    20
2    Simurq               12    5    5    2    14-7    19
3    Qarabağ             12    4    5    3    15-13  17
4    Xəzər Lənkəran   11    4    4    3    17-9    16
5    AZAL                  11    4    4    3    16-12  16
6    Qəbələ               12    4    4    4    13-14   16
7    Neftçi                   9    5    0    4    16-12   15
8    Turan                  12    4    3    5    13-16   15
9    Rəvan                 12    3    4    5    12-18   13
10    Sumqayıt           12    3    4    5    10-18   13
11    Bakı                   10    1    7    2    8-8      10
12    Kəpəz                12    2    3    4    8-22     9

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.