İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan gimnastı beynəlxalq turnirlərdə medallar qazandı
5 Noyabr 2012 14:42
Baxış: 1 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan gimnastı Lalə Yusifova başa çatan idman ilinin yekun beynəlxalq turnirlərində medal qazanmağa davam edir. Brno şəhərində Qran-pri seriyalı yarışların son mərhələsi də bu baxımdan istisna təşkil etməyib. Belə ki, bakılı gimnast həmin yarışda iki dəfə gümüş medala sahib çıxıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib.
"Çoxnövçülük üzrə yarışların ilk günündə fəxri kürsüyə çıxmaq üçün Laləyə cüzi bal kifayət etməyib. Final günü elan edilmiş yarışların ikinci günündə gimnastımızın gürz və lentlə hərəkətlərdə qazandığı medallar təşkilatçıların qaliblərə mükafat və diplomlarla birgə verdiyi büllur bogemanı kölgədə qoyub", - məlumatda deyilir.
"Son 4 startda Lalə sabit olaraq yaxşı nəticələr göstərir. O, inkişafdadır və bu, çox yaxşıdır! Lalənin cəmi 16 yaşı var. Belə gənc və təcrübəsiz gimnast üçün Brnoda bu cür çıxış yaxşı göstəricidir. O daha çox uğur qazana biləcəkmi? Hər şey onun öz üzərində necə işləməsindən asılı olacaq. Tezliklə biz növbəti mövsüm üçün yeni proqram hazırlamağa başlayacağıq. Fikrimcə, bu proqram çox maraqlı və sıxdır", - baş məşqçi vurğulayıb.
Bu arada, ölkə yığmasının lideri Aliyə Qarayeva İtaliyanın A1 klub çempionatının ikinci turunda çıxış edib. Yarışlar Çieta şəhərciyində baş tutub. Onun təmsil etdiyi "Ritmika Pyemont" komandası 10-cu yeri tutub, Qarayevanın özü isə halqa ilə hərəkətlərə görə 27,15 ball qazanıb. Qarayeva kollektiv yarışlarda birinci nəticə, halqa ilə tapşırıqda isə gimnastlar arasında üçüncü nəticə göstərib. A seriyasının üçüncü turu noyabırn 17-də Perucada olacaq.
Milli komandanın gimnastları isə Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 20 illiyinə həsr edilmiş təntənələrdə iştirak ediblər. Dənizkənarı Milli Parkda müxtəlif idman federasiyalarının, o cümlədən Gimnastika Federasiyasının stendləri quraşdırılıb. Stendlərdə Azərbaycan atletlərinin bu idman növlərində uğurları əks olunub. Gimnastların özləri isə nümunəvi nömrələrlə çıxış ediblər.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları