"Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirovun Qol.Az saytına müsahibəsi.
- Çempionatda AZAL üzərində qələbədən sonra komandadaxili çatışmazlıqların və psixoloji problemlərin həll olunduğunu söyləmək olar, yoxsa hələ qalmaqdadır?
- "Xəzər Lənkəran"ın AZAL-ı məğlubiyyətə uğratması ən azı ondan xəbər verdi ki, atılmış addımlar özünü doğrultdu. İkincisi, bu oyuna qədər komandamızın turnir cədvəlinin sonuncu pilləyə düşməsini təsadüf adlandırardım. Qazanılan qələbə də buna sübut oldu. Heç kim deyə bilməz ki, komandanın "Turan"a məğlubiyyətində məşqçinin səhvi və futbolçuların zəif çıxış etməsi səbəb oldu. AZAL-la oyun bir çox suala aydınlıq gətirdi. Hakimliyin səviyyəsi həmin oyunda özünü göstərdi. Eləcə də Tovuzdakı hakimlikdən söhbət etmək olar. Heç kəs demir ki, hakimlər "Xəzər Lənkəran"ın oyununu qərəzli idarə edir. Qərəzli hakimliklə səviyyəli idarətməni səhv salmaq lazım deyil. "Xəzər Lənkəran"ın azarkeşlərini və hazırkı durumunu nəzərə alaraq, hakimlər verdikləri qərarlarda diqqətli olmalıdırlar. Hər hansı səhv qərar komandaya ciddi başa gələ bilər. Necə ki, Ruslan Abışova səhvən qırmızı vərəqə göstərilmişdi.
- AFFA İntizam Komitəsi Elnur Allahverdiyə altı oyunluq cəza kəsdi. Bəs siz rəhbərlik olaraq ona qarşı hansı tədbiri gördünüz?
- Bazar günü klubdaxili iclas oldu. Bundan sonra mətbuata məşqçilərlə bağlı qərarı açıqladıq. Orada futbolçularla bağlı qərardan danışılmayıb. Hansı futbolçular ki, intizam qaydalarına riayət etmirlər, özlərini yaxşı aparmırlar, onlar barəsində də ölçü götürülüb. Sadəcə, bu barədə açıqlama vermək düzgün olmazdı.
- Üç məşqçinizi istefaya göndərməyiniz birmənalı qarşılanmadı.
- Kim bu addımı necə istəyir qarşılasın. Hər halda "Xəzər Lənkəran" yaxşı ölçüb-biçdikdən sonra qərarlar verir. Kim deyirsə ki, məşqçilər güclü olmadığı üçün istefaya göndərilib, yalnışlığa yol verir. Bu qərar intizam qaydalarına görə qəbul edilib. Sadəcə, həmin məşqçilər bəzi futbolçularla bağlı intizam yarada bilmirdilər. Əgər yara varsa, mütləq kəsib atmaq lazımdır. Futbolçu klubun qayda-qanunlarına riayət etmirsə, nizam-intizama tabe olmursa, mətbuata özbaşına müsahibə verirsə, deməli, bu işə məsul olan şəxslər öz işlərinin öhdəsindən gələ bilməyiblər.
- Belə məlumat yayılıb ki, istefaya göndərdiyiniz Zaur Ramazanova klubda yenidən iş təklif edilir. Konkret olaraq, onun seleksiyaçı-məşqçi vəzifəsinə qaytarılacağı bildirilir.
- Bunu sizdən eşidirəm. Zaur Ramazanov hazırda klubda heç bir vəzifədə çalışmır. Klubun prezdenti onu tutduğu vəzifəsindən azad edib.
- Bəs istefaya göndərilənlərin yerinə kimlər gətiriləcək?
- Bilirsiniz ki, hazırda B kateqoriyalı məşqçi Emin Quliyevi komandaya dəvət etmişdik. Yaxın zamanda boş qalmış vəzifələrə təyinatlar olacaq. Orada yerli mütəxəssislə bərabər, əcnəbi məşqçi də çalışa bilər.
Milli.Az
İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Xəzər Lənkəran"ın vitse-prezidenti : "Əgər yara varsa, mütləq kəsib atmaq lazımdır"
5 Oktyabr 2012 19:02
Baxış: 525
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
DİGƏR XƏBƏRLƏR
-
Yamal La Liqada ayın futbolçusu seçildi
-
Güləşçilərimiz Avropa çempionatını 2 bürünc medalla başa vurublar - YENİLƏNİB
-
Yankoviç hakimə hücum çəkdi, polislər və Qurban Qurbanov müdaxilə etdi - VİDEO
-
Güləşçimiz Avropa çempionatında finala yüksəlib
-
"Real Madrid"dən ayrılacaq ilk futbolçu məlum oldu
-
Elvin Cəfərquliyev bu kluba KEÇİR
XƏBƏR LENTİ
-
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
-
Yamal La Liqada ayın futbolçusu seçildi
-
"Ailəsini dolandırmaq üçün çalışırdı..." – Biləsuvarda gənc oğlanın faciəli ölümü
-
Məşhur aktyor “Eşref Rüya”da - FOTO
-
Qalibaf istefa etməyibmiş
-
77 yaşlı Puqaçova əlində əsa ilə - Foto
-
Tramp İranla danışıqlar üçün onları göndərir
-
Güləşçilərimiz Avropa çempionatını 2 bürünc medalla başa vurublar - YENİLƏNİB
-
Cənubi Qafqazdakı sülh düşmənçilik yaratmağa çalışan dairələrə verilən güclü cavabdır - Türkiyə XİN
-
Tanınmış model indi çörək satır - FOTO
-
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
-
Netanyahu: Tramp İrana çox güclü təzyiq göstərir
-
250 min azərbaycanlının qovulması və silinən tariximiz: BTQ-dən dünyaya müraciət
-
Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır
-
Küçədə qarğıdalı satarkən həyatı dəyişdi: İndi təklifləri aşıb-daşır - FOTO
-
Yankoviç hakimə hücum çəkdi, polislər və Qurban Qurbanov müdaxilə etdi - VİDEO
-
Artıq daha çox tibbi xidmət sığorta hesabına mümkündür – TƏBİB-dən açıqlama
-
Bəzi marşrutların hərəkət istiqaməti dəyişir
-
"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın"
-
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
-
Abşeronda 17 nəfər saxlanılıb, 19 cinayətin üstü açılıb
-
Güləşçimiz Avropa çempionatında finala yüksəlib
-
"Bu iynələrə görə komaya düşən, xəstəliklər tapanlar var"
-
Bakıda məktəblilər arasında bıçaqlanma - Araşdırma başladı - YENİLƏNİB





