Kadi Borges UEFA Konfrans Liqasında rekorda imza atıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ"ın futbolçusu Kadi Borges Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri olub.
Milli.Az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, braziliyalı yarımmüdafiəçi turnirdə 6-cı qolunu vurmaqla bu nəticəyə nail olub.
O, turnirin pley-off mərhələsinin "Tvente" ilə Niderlanddakı görüşündə (1:0) fərqlənib.
Bununla da K.Borges UEFA Konfrans Liqasında "Qarabağ"ın heyətində keçirdiyi 17 matçda 6-cı qolunu vurub. Onun əvvəlki 5 qolu 2021/2022 mövsümünə təsadüf edib. Yarımmüdafiəçi həmin vaxt III təsnifat mərhələsində Kiprin AEL (1:0) və pley-offda Şotlandiyanın "Aberdin" (3:1) komandalarına 1, qrup mərhələsində Kipr "Omoniya"sına (4:1) 2, pley-offda isə Fransanın "Marsel" (1:3) klubuna 1 qol vurub.
Bunadək Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına 3 şərik var idi. Kadidən başqa bunu bacaran futbolçulardan Coy-Lens Mikels "Sabah"ın, Rafael Utziq isə "Qəbələ" və "Zirə"nin heyətində 5 qol vurublar.
Qeyd edək ki, Kadi Borges "Qarabağ"ın heyətində avrokuboklarda ümumi qol sayını 11-ə çatdırıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
Yamalın atası hava limanında aləmi bir-birinə qatdı
-
"Barselona" Xulian Alvaresə görə cərimələndi
-
İsmayıl Qartal qəzaya düşdü
-
Azərbaycanda bu valyuta bahalaşdı - Rəsmi
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə start verilib - (Foto)
XƏBƏR LENTİ
-
Qarabağ suvarma kanalının tikintisi nə vaxt başlayacaq? - Tarix açıqlandı
-
Buta Gallery-də “İki baxış. Bir dünya” sərgisi açılıb: iki fərqli yaradıcılıq aləminin görüşü - (Foto)
-
Azərbaycanın 7-ci İnnovasiya Həftəsində iştirak etmişdir - (Foto)
-
Səlim Abbasov: "Kaş ki, mənim valideynlərim də bu qədər yaşayardılar” (Video)
-
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)
-
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi
-
Əməkdar artist: "Gizli ailə qurmuşam və qız anasıyam yazıblar" (Video)
-
“İranla münaqişə istədiyim vaxt bitəcək” – Tramp
-
Elektroskuter istifadəçilərinin diqqətinə: Cərimə ilə üzləşə bilərlər
-
Yasamalda məktəbli qızın faciəli ölümü - Hadisədən əvvəl nə deyib? - (Yenilənib)
-
Bakının 4 rayonunda işıqlar sönəcək
-
Kartof bahalaşacaq?
-
Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
BMT rəsmisindən Azərbaycanın ev sahibliyinə yüksək qiymət - (Foto)
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Foto)
-
Xuraman Əlizadəyə ağır itki - (Foto)
-
Ənvər Hacıməmmədov vəfat etdi
-
Azərbaycan əsilli rejissor barəsində həbs qərarı verildi - (Foto)
-
Yevlaxda iki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - (Video)
-
"Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
-
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir
-
Məşhur aktyor vəfat etdi - (Foto)





