İdman

DÇ-2026: 1/4 final mərhələsinə start verilir

9 İyul 2026 11:11
Baxış: 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gecə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin ilk oyunu keçiriləcək.

Milli.Az xəbər verir ki, mərhələnin açılış qarşılaşmasında Fransa və Mərakeş milli komandaları üz-üzə gələcəklər. ABŞ-nin Foksboro şəhərində yerləşən Boston stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Matçı argentinalı hakim Fakundo Telyo idarə edəcək.

1/4 final mərhələsinin digər oyunlarında isə İspaniya Belçika ilə, İngiltərə Norveçlə, Argentina isə İsveçrə ilə yarımfinal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi DÇ-2026-ya iyulun 19-da keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.