Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi artıq "mygov" platforması üzərindən həyata keçirilir. Vətəndaşlar övladlarını rəqəmsal qaydada növbəyə yazdırmaq və müraciətlərini idarə etmək imkanına sahibdirlər.
Milli.Az xəbər verir ki, elektron sənəd qəbulu xidməti yalnız my.gov.az veb portalında əlçatandır.
Regional təhsil idarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri üçün elektron növbələrin yaradılması prosesi 7 iyul tarixindən etibarən aktivləşdirilib.
Bakı şəhəri üzrə elektron növbələr isə bu gündən etibarən mərhələli şəkildə aktivləşdiriləcək. Belə ki, 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da istifadəyə veriləcək.
Qeyd edək ki, əvvəllər bq.edu.az informasiya sistemində uşağı hansı valideyn qeydiyyata alıbsa, "mygov" platformasında da müraciət məhz həmin valideynin şəxsi kabineti üzərindən edilməlidir. Uşaq hansı valideynin hesabına əlavə olunubsa, qeydiyyat prosesi yalnız həmin hesab vasitəsilə davam etdirilə bilər.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası vətəndaşı olan uşağın şəxsiyyət vəsiqəsinin olması zəruridir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, yaşayış icazəsi olmayan əcnəbilərdən isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Himayə Sənədi tələb olunur.
Sistemə keçid mərhələsində yalnız 2021-2025-ci illərdə anadan olmuş uşaqların məlumatları əks olunur və onların qeydiyyatı mümkündür.
Valideynlər müraciət zamanı ən çox üç məktəbəqədər təhsil müəssisəsi seçə bilərlər. Seçilən bağçalardan hər hansı birinə qəbul təsdiqləndikdə, digər aktiv növbələr avtomatik ləğv olunur.
Hazırda hər hansı məktəbəqədər təhsil müəssisəsində qeydiyyatda olan uşaqlar üçün yenidən müraciət etməyə ehtiyac yoxdur.
Lakin valideyn övladını başqa bağçaya köçürmək istəyərsə, yeni müraciət edə bilər. Yeni bağçaya qəbul təsdiqləndikdən sonra müraciətin yekunlaşdırılması üçün uşağın hazırda təhsil aldığı bağçadan ayrılması tələb olunur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Sumqayıtda Xəzər dənizi quruyur - (Video)
-
AZAL "Great Place to Work" sertifikatı ilə təltif olunub
-
Yıldız Tilbenin bu rəqsi gündəm oldu – (Video)
-
Bakının və Abşeronun bəzi ərazilərində işıq kəsiləcək
-
Prezident İlham Əliyev: Son vaxtlar coğrafi mövqeyimizin bu qədər böyük tələbat görəcəyini gözləmirdik
-
Prezident İlham Əliyev: Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir
XƏBƏR LENTİ
-
Sumqayıtda Xəzər dənizi quruyur - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan artıq orta gücə çevrilir
-
Rusiyada güclü zəlzələ oldu
-
Prezident İlham Əliyev Şuşa Forumunda 907-ci düzəlişin tam ləğvi məsələsinə toxunub
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır
-
Rus hokkeyçi 2 milyon dollara Messinin qonşusu oldu - (Foto)
-
Prezident İlham Əliyev AŞPA və Avropa Parlamenti ilə münasibətlər barədə: Biz münasibətlərin normallaşmasına hazırıq, ancaq ilk addımı onlar atmalıdırlar
-
ABŞ İraqa dolları qaytardı, əvəzində təhlükəli öhdəlik aldı
-
AZAL "Great Place to Work" sertifikatı ilə təltif olunub
-
Yıldız Tilbenin bu rəqsi gündəm oldu – (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək
-
Prezident İlham Əliyev: Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi
-
Prezident İlham Əliyev: Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir
-
Prezident İlham Əliyev: 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana münasibətdə atdığı olduqca ədalətsiz addım idi
-
Bakının və Abşeronun bəzi ərazilərində işıq kəsiləcək
-
Dieqo Forlanın yeni iş yeri bəlli oldu
-
Prezident İlham Əliyev: Son vaxtlar coğrafi mövqeyimizin bu qədər böyük tələbat görəcəyini gözləmirdik
-
İyulun 13-nün rəsmi valyuta məzənnələri açıqlandı
-
Prezident İlham Əliyev: Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq
-
Prezident İlham Əliyev: Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir
-
Prezident İlham Əliyev: Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır
-
“Jeton” və baxış naminə həyatlarını təhlükəyə atırlar – Görüntülər narahatlıq doğurdu - (Video)
-
Prezident İlham Əliyev: Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik
-
Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışıb





