İdman

“Qarabağ” onun üçün 500 min avro ödədi - FOTO

22 May 2026 14:47
Baxış: 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qarabağ" Qambiya əsilli isveçli futbolçu Zakariya Savo üçün İsveçin "Yurqorden" klubuna transfer məbləği ödəyib. 

Milli.Az xəbər verir ki, bu barədə futbolinfo.az saytına sözügedən klubun idman direktoru Bosse Anderson məlumat verib.

O bildirib ki, Azərbaycan təmsilçisi Savo üçün 500 min avro (1 milyon manat) ödəniş edib.

Qeyd edək ki, Zakaria Savo son mövsümü Kiprin AEL (Limassol) klubunda keçirib. Amma o, müqavilə ilə "Yurqorden"ə məxsusdur.

Hücumçu artıq ölkəmizə gəlib. O, tibbi müayinədən keçdikdən sonra transferi rəsmən açıqlanacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.