Cəmiyyət

Bakıdan Tiflisə qatarla gediş-gəlişin qiyməti DƏYİŞDİRİLİR? - RƏSMİ

22 May 2026 14:53
Baxış: 600
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Bakı-Tiflis-Bakı sərnişin qatarı ilə daha ucuz qiymətə sərnişin daşınması ilə bağlı araşdırmalar aparılır".

Milli.Az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.

O bildirib ki, bu istiqamətdə müzakirələr aparılır:

"Hazırda müəyyən çalışmalara başlanılıb. Sərnişinlərə fərqli və daha aşağı tarifdə siniflərin təqdim edilməsi üzərində iş gedir".

Xatırladaq ki, mayın 25-dan etibarən Bakı-Tiflis-Bakı sərnişin qatarı fəaliyyətə başlayır. Marşrut üzrə sərnişin daşıması 81 manatdan başlayır.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.