Bakı şəhərində WUF13 çərçivəsində xarici qonaqlarla görüşlər keçirilib - FOTO
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Bakı şəhərinə müxtəlif ölkələrdən qonaqlar gəlmişdir. Suriyanın Dəməşq əyaləti, Qazaxıstan Respublikasının Astana şəhəri, Ruandanın Kiqali şəhəri, Vyana Əyalət Parlamenti, Estoniyanın paytaxtı Tallinn şəhəri, Niderlandın Haaqa şəhəri, Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhəri, Moldovanın paytaxtı Kişineu şəhəri, Tanzaniyanın Dar-əs-Salam şəhəri və BƏƏ-nin Dubay şəhərindən gəlmiş nümayəndə heyətləri ilə Bakı Şəhər İcra Hakimiyyətində görüşlər keçirilib.
Milli.Az xəbər verir ki, BƏƏ nümayəndə heyətinə ərəb dilində nəşr olunan "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabı təqdim edilib. Qeyd olunub ki, Dubay təcrübəsi sübut etdi ki, müsəlmanlar istədikdə sıfırdan ultra müasir şəhər yarada bilərlər. Azərbaycan isə öz növbəsində müsəlmanların işğal altında olan torpaqlarını geri almağa qadir olduqlarını göstərdi.
"Bütün bunlara görə biz cənab Prezident İlham Əliyevə minnətdarıq. O, Azərbaycan tarixinin parlaq şəxsiyyətidir", - deyə Eldar Əzizov əlavə edib.
İcra Hakimiyyətinin başçısı Eldar Əzizov görüşlərdə vurğulayıb ki, bugünkü Bakı şəhəri ölkə başçısı cənab İlham Əliyevin əsəridir və paytaxt daim onun diqqət və qayğısı ilə əhatə olunur. Bundan əlavə, o, ölkə rəhbərliyinin tapşırıq və tövsiyələri əsasında şəhərdə aparılan genişmiqyaslı abadlıq, quruculuq və yaşıllaşdırma işləri barədə ətraflı məlumat verib.
Xarici qonaqlar Bakı şəhərinin gözəlliyi, təmizliyi və həyata keçirilən yaşıllaşdırma işlərindən heyranlıqla danışıb, paytaxtın gecə işıqlandırılmasını xüsusi vurğulayaraq şəhərin çoxsaylı park və ictimai məkanlarını qeyd ediblər. Onlar həmçinin Bakı şəhərinin şəhərsalma təcrübəsini öyrənərək öz ölkələrində tətbiq edəcəklərini bildiriblər.
Keçirilən görüşlərdə qonaqlara müxtəlif 11 dildə çap olunmuş - Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabı təqdim edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakı şəhərində WUF13 çərçivəsində xarici qonaqlarla görüşlər keçirilib - FOTO
-
Prezident İlham Əliyev Yerlan Sıdıkova məktub ünvanlayıb
-
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
-
Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü
-
"Sadat Quliyev və onun adamları məni və ailəmi ölümlə hədələyir" – "BT News" kanalının müəllifi ilə MÜSAHİBƏ
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar - FOTO
XƏBƏR LENTİ
-
18 kəndə qazın verilişi DAYANDIRILACAQ
-
WUF13-də iştirak edənlərin sayı açıqlandı
-
Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR
-
Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb
-
Ayağını itirən yarışmacı "Survivor" qalibi seçildi - FOTO
-
Bakı şəhərində WUF13 çərçivəsində xarici qonaqlarla görüşlər keçirilib - FOTO
-
Şənbə günü yağış qara keçəcək, dolu düşəcək - PROQNOZ
-
Türkiyənin məşhur universiteti bağlandı - FOTO
-
Prezident İlham Əliyev Yerlan Sıdıkova məktub ünvanlayıb
-
Bu kəndə köçsəniz pulsuz ev alacaqsınız
-
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
-
Xocavəndə növbəti köç yola salındı
-
Türkiyədə narkotik əməliyyatında saxlanılan məşhurlarla bağlı YENİ QƏRAR
-
Qurban Qurbanovun kiçik qızı ilə səmimi VİDEOsu
-
Təmirli ev almaq sərfəlidir, yoxsa təmirsiz?
-
Aparıcıları işsiz qoyan Səidə "Tarqovu"da oyun çıxardı - VİDEO
-
İtkin-şəhid Rəşadət Piriyevlə vida mərasimi keçirildi
-
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
-
Maşındakı bu düymə görün nə işə yarayırmış - 90 faiz adam bilmir
-
Xalq artistinin qardaşı ölümdən DÖNDÜ
-
Dəridə yaşlanmanı ləngidən üsul tapıldı - Qadınları sevindirəcək XƏBƏR
-
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
-
Bu ərazilərə intensiv yağış yağır - FAKTİKİ HAVA
-
Gözəllik kraliçasına otel otağında HÜCUM - FOTO





