Ceyhun Bayramov Qrinspanla görüşdü
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan arasında görüş keçirilib.
Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə UNCTAD arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər dayanıqlı inkişaf, beynəlxalq ticarət, investisiyaların təşviqi, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və inkişaf etməkdə olan ölkələrin qlobal iqtisadi proseslərə inteqrasiyası sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov Azərbaycanın çoxtərəfli əməkdaşlığa verdiyi önəmi vurğulayaraq, ölkəmizin regional bağlantılar, nəqliyyat-logistika imkanları, enerji təhlükəsizliyi və iqlim gündəliyi istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.
Rebeka Qrinspan UNCTAD ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, Azərbaycanın regional iqtisadi əməkdaşlıq və bağlantı layihələrində artan rolunu yüksək qiymətləndirib. O, UNCTAD çərçivəsində ticarət və inkişaf sahələrində birgə layihələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə postmünaqişə dövründə Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quculuq işləri, habelə, Yaxın Şərqdə vəziyyət və mövcud gərginliyin qlobal iqtisadiyyata və ticarətə təsirləri müzakirə olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bağlanış mərasimi keçirilir - CANLI
-
Ceyhun Bayramov Qrinspanla görüşdü
-
Bakı şəhərində WUF13 çərçivəsində xarici qonaqlarla görüşlər keçirilib - FOTO
-
Prezident İlham Əliyev Yerlan Sıdıkova məktub ünvanlayıb
-
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
-
Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü
XƏBƏR LENTİ
-
Azərbaycanlı avtoritet beynəlxalq axtarışa verildi
-
Ətin qiyməti 39 manata QALXDI
-
Azərbaycanlılar "07" ilə Los-Anceles küçələrində: “Bakılı balasıyam” sədaları... - VİDEO
-
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bağlanış mərasimi keçirilir - CANLI
-
Tanınmış xanəndə ərə gedəcəyi bəydən DANIŞDI
-
İbrahim Tatlısəsin son halı gündəm oldu
-
Ulduz futbolçu 36 yaşında karyerasını BİTİRİR
-
Ceyhun Bayramov Qrinspanla görüşdü
-
Bakıdan Tiflisə qatarla gediş-gəlişin qiyməti DƏYİŞDİRİLİR? - RƏSMİ
-
“Qarabağ” onun üçün 500 min avro ödədi - FOTO
-
"28 yaşıma kimi anamı SEVMƏMİŞƏM"
-
“Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb
-
Luvr oğurluğu film olur
-
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
-
İngiltərənin heyəti AÇIQLANDI: Ulduz futbolçular DÇ-2026-dan kənarda qaldı
-
ABŞ 13 qırıcı qaldırdı: Sirli UNO həyəcanı
-
Bu da əməkdar artistin MODEL QIZI - FOTO
-
DÇ-2026-da oynamayacaq
-
8 min manatlıq brend çantasını GÖSTƏRDİ - VİDEO
-
“Zaur “əzik”, bir maşına satılan kişi idi”
-
18 kəndə qazın verilişi DAYANDIRILACAQ
-
WUF13-də iştirak edənlərin sayı açıqlandı
-
Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR
-
Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb





