Son 10 ilin rekordu: Formula 1 Azərbaycan Qran Prisi 2026 üçün 3 gündə 49 min müraciət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
24-26 sentyabr tarixlərində keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026 üçün könüllü proqramına qeydiyyat mərhələsi rekord göstərici ilə yekunlaşıb.
Milli.Az xəbər verir ki, cəmi 72 saat ərzində 49,000 müraciətin daxil olması Azərbaycan Qran Prisi tarixində qeydə alınmış ən yüksək nəticə olub. Müqayisə üçün qeyd edək ki, 2024-cü il 16,000, ötən il isə bu rəqəm 31,000 təşkil etmişdi.
2026-cı il Formula 1 Azərbaycan Qran Prisi üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, yarış bu il Bakıda 10 illik yubileyini qeyd edəcək. Məhz bu əlamətdar yubiley münasibətilə könüllü proqramına marağın daha da artdığı müşahidə olunub. İlkin qeydiyyat mərhələsi artıq başa çatıb.
Seçim prosesi zamanı motivasiyası yüksək, ünsiyyət bacarıqları güclü və komanda ilə işləmək bacarığına malik namizədlərə üstünlük veriləcək.
Qeyd edək ki, ötən il 2000-dən çox könüllü Formula 1 Azərbaycan Qran Prisində müxtəlif istiqamətlər üzrə təşkilati proseslərdə yaxından iştirak edib.
Qeydiyyatdan keçmiş namizədləri qarşıda seçim və müsahibə mərhələləri gözləyir. Seçilmiş iştirakçılar daha sonra Bakı Şəhər Halqası Akademiyasının (BCC Academy) müxtəlif təlim proqramlarına cəlb olunacaq Onlar yarış həftəsi ərzində fərqli əməliyyat istiqamətlərində fəaliyyət göstərəcəklər.
Seçim prosesi və könüllü proqramı ilə bağlı ən son yenilikləri Bakı Şəhər Halqasının rəsmi sosial media hesabları vasitəsilə izləyə bilərsiniz. @bakucitycircuit @Bakucitycircuitvolunteers
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
-
Fransalı futbolçu Kastello Lukeba "Barselona"ya keçə bilər
-
Avropa çempionatı: Azərbaycanın voleybol millisi növbəti qələbəsini qazanıb
-
Avropa çempionatı: Belçika millisi Bakıdakı ikinci oyunda da qələbə qazanıb
-
"Formula 1" üzrə Niderland Qran-prisinin qalibi bəlli olub
-
Noyer yeni rekorda imza atdı
XƏBƏR LENTİ
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
-
Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur
-
İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
-
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - (Foto)
-
Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib
-
Fransalı futbolçu Kastello Lukeba "Barselona"ya keçə bilər
-
Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var
-
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub
-
Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur
-
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Avropa çempionatı: Azərbaycanın voleybol millisi növbəti qələbəsini qazanıb
-
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
-
Avropa çempionatı: Belçika millisi Bakıdakı ikinci oyunda da qələbə qazanıb
-
Əbədi dostluqdan böyük geosiyasətə: Azərbaycan və Özbəkistan regionun xəritəsini dəyişir
-
"Formula 1" üzrə Niderland Qran-prisinin qalibi bəlli olub
-
Bu şəhərdə temperatur 46 dərəcəyə yüksəldi
-
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - (Foto - Video)
-
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - (Foto - Video)
-
Noyer yeni rekorda imza atdı
-
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - (Foto - Video)
-
İsmayıllıda iki maşın toqquşdu - Xəsarət alanlar var





