İdman

"Tottenhem"in heyətində ciddi itki

13 Aprel 2026 20:47
Baxış: 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Tottenhem"in heyətində ciddi itki baş verib.

Milli.Az xəbər verir ki, London klubunun kapitanı Kristian Romero sıradan çıxıb.

Argentinalı müdafiəçi İngiltərə Premyer Liqasının XXXII turunun "Sanderlend"lə matçında dizindən zədə alıb.

Romero təxminən 5-8 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun mövsümün qalan hissədində oynamayacağı deməkdir. 27 yaşlı mərkəz müdafiəçisi iyunda başlayacaq dünya çempionatına kimi hazır olacaq.

Qeyd edək ki, Romero bu mövsüm "Tottenhem"in heyətində meydana çıxdığı 32 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.