Bakıda bəzi küçələrdə yeni yol nişanları quraşdırılıb.
Milli.Az xəbər verir ki, həmin nişanlara əsasən, yolayrıclarında işıqfor əgər qırmızıdırsa, sağa dönmək istəyən vətəndaşlar digər nəqliyyat vasitələrinə mane olmamaq şərti ilə sağa dönə bilərlər.
Bunun üçün "Yol verməklə dönmək olar" nişanı quraşdırılıb. Lakin bəziləri onu ya görmürlər, ya da görsələr də, mahiyyətini başa düşmürlər.
Sürücülərin çoxu nişan barədə məlumatlarının olmadığını söyləyiblər. (baku.tv)
Milli.Az





