Dünya

"ABŞ Hörmüz blokadasını pozan gəmiləri ələ keçirə bilər"

13 Aprel 2026 19:33
Baxış: 362
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-nin İran limanlarının blokadası ilə bağlı planı məlum olub.

Milli.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Sənədə görə, blokada başlayan ana qədər İran sularında olan gəmilərə ərazini tərk etmək tapşırılıb, əks halda, həmin gəmilər "dayandırılma, istiqamətinin dəyişdirilməsi və ələ keçirilmə" riskinə məruz qalacaq.

Qeyd edək ki, ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib. Bu andan etibarən İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-ın hərbi blokadası ilə üzləşəcək.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana məxsus olmayan limanlar arasında hərəkət edən gəmilərin Hörmüz boğazından keçməsinə icazə veriləcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.