İdman

"Qarabağ" "Araz-Naxçıvan"a böyük hesabla qalib gəlib

8 Mart 2026 21:08
Baxış: 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misli Premyer Liqasının XXIII turunda "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşıb.

Milli.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə "köhlən atlar" 6:0 hesablı qələbə qazanıb.

Qolları Joni Montiel (15 dəq, penalti), Leandro Andrade (33, 36), Kamilo Duran (64 dəq penalti, 89 dəq.) və Musa Qurbanlı (83) vurublar.

"Qarabağ" 49 xalla turnir cədəlinin ikinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" 33 xalla beşincidir.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" isə "İmişli" ilə (0:0) bərabərə qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.