İdman

"Barselona"da ciddi İTKİ: 1 ay oynamayacaq

27 Fevral 2026 09:45
Baxış: 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın aparıcı yarımmüdafiəçilərindən olan Frenki de Yonq məşq prosesində zədə alıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, tibbi baxış zamanı 28 yaşlı niderlandlı futbolçunun bud nahiyəsinin arxa əzələsində yırtıq müəyyən edilib. Həkimlərin ilkin proqnozuna əsasən, o, minimum bir ay komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, de Yonq 2025/2026 mövsümündə Kataloniya klubunun heyətində bütün turnirlərdə ümumilikdə 31 matça çıxıb. O, bu görüşlərdə 1 dəfə fərqlənib və 7 qolun ötürməsini verib.

Futbolçunun "Barselona" ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər davam edir.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.