İdman

Koxalski Kurtuadan sonra 3-cü OLDU

19 Fevral 2026 09:30
Baxış: 699
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" klubunun qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasının cari mövsümündə diqqətçəkən statistik göstərici ilə yadda qalıb.

Milli.Az xəbər verir ki, polşalı qolkiper turnirin Liqa və pley-off mərhələlərində ümumilikdə 40 qurtarış edərək ən çox seyv edən qapıçılar siyahısında üçüncü pillədə qərarlaşıb.

Siyahıya Norveç təmsilçisi "Bodo-Qlimt" komandasının qapıçısı Nikita Haykin 52 qurtarışla başçılıq edir. İkinci yerdə isə İspaniyanın "Real Madrid" klubunun əsas qapıçısı Tibo Kurtua (44 seyv) yer alıb.

Qeyd edək ki, Ağdam təmsilçisi ötən gün UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk qarşılaşmasında İngiltərənin "Nyukasl" klubuna 1:6 hesabı ilə məğlub olub. Buna baxmayaraq, Koxalski turnir boyu etdiyi qurtarışlarla fərdi göstəriciləri baxımından ön sıralarda yer alır.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.