İdman

"Fənərbağça" prezidentinin aylıq gəliri açıqlandı

23 Yanvar 2026 12:38
Baxış: 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fənərbağça"klubunun prezidenti, iş adamı Sadettin Saran sahibi olduğu S Sport yayım kanalında "qanunsuz mərc oyunları" reklam etdiyi iddiası ilə ona qarşı açılan işdə ikinci dəfə hakim qarşısına çıxıb. İstanbul Məhkəməsində keçirilən dinləmə zamanı aylıq gəlirini də açıqlayan Saran ittihamları rədd edərək, onların qanunsuz mərc oyunlarını təşviq etmədiyini iddia edib. 

Milli.Az xəbər verir ki, məhkəmə iclasında çıxış edən Saran həm də maliyyə vəziyyəti ilə bağlı açıqlamalar verib. Saran bildirib ki, "Aylıq gəlirim 5 milyon TL-dir. Mən dövlət qulluqçusunun övladıyam və bu şirkəti 30 il ərzində öz əllərimlə qurmuşam. Biz qanunsuz mərc oyunlarını təşviq etmirik".

Xatırladaq ki, iddia edilən cinayət "S Sport"un veb saytında yayımlanan futbol matçları zamanı qanunsuz mərc reklamlarının yerləşdirilməsi ilə bağlıdır. Prokurorluq Sadettin Saran üçün 1 ildən 3 ilə qədər həbs cəzası və 3000 günə qədər cərimə tələb edib. İttihamnamə baxılması üçün birinci instansiya cinayət məhkəməsinə göndərilib.

Fida
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.