İdman

“Qarabağ”ın rəqibi daha bir hücumçu aldı

4 Yanvar 2026 13:43
Baxış: 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən olan "Ayntraxt" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az xəbər verir ki, Frankfurt təmsilçisi "Hoffenhaym"ın 2-ci komandasından Ayub Amamuni-Eçquyabı transfer edib.

Bu barədə Bendesliqa klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Ayub bu mövsüm 18 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.

Frankfurt təmsilçisi bir neçə gün əvvəl "Elversberq"dən (Almaniya) hücumçu Yunus Ebnutalibi də transfer edib. 

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.