Prezidentin təltif etdiyi idmançılar kimlərdir? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə bir qrup idmançı və idman mütəxəssisləri təltif edilib.
Milli.Az xəbər verir ki, sənədə əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif ediliblər:

Abdullayev Yaqub Bəkir oğlu (21.04.1967) - 27 dekabr 2010‑cu ildə Azərbaycan Respublikasının "Əməkdar məşqçi" fəxri adına layiq görülüb. Beynəlxalq dərəcəli hakimdir. Azərbaycan Respublikasının "Fəxri diplom" mükafatçısıdır. Hal‑hazırda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında "güləş növləri" bölməsində sambo üzrə məşqçi‑müəllim vəzifəsində çalışır.

Cahangir Ağarəhimov (15 dekabr 1986) - Azərbaycanın şahmat üzrə qrosmeysteridir.

Elmira Aslanova (3 iyun 1982) - azərbaycanlı alpinist, Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadındır. Həmçinin Kilimancaro, Ojos-del-Salado və Akonkaqua zirvələrinə Azərbaycan bayrağını sancan ilk qadındır.
Cahangir Bayramov (20.02.1967) - Əməkdar idman ustası, karate üzrə dünya çempionatının çoxqat mükafatçısı, Dünya Kubokunun üçqat sahibi, ikiqat Avropa çempionu, para-taekvondo üzrə dünya çempionu, dünya və Avropa çempionatlarının çoxqat mükafatçısı, polis polkovnik-leytenantıdır.

Fikrət Akif oğlu Hüseynov (11 noyabr 1969) - 1986-1991-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Bədən tərbiyəsi və idman" fakültəsinin "Futbol üzrə məşqçi-müəllim" ixtisası üzrə təhsil alıb. 2021-ci ildən bu günədək "Silk Way Group" Müşahidə Şurası sədrinin idman məsələləri üzrə müşaviri; 8 aprel 2024-cü il tarixindən bu günədək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan "Heydər Əliyev adına İdman-Konsert Kompleksi" MMC-də direktordur. 2 may 2025-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti seçilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyul 2019-cu il tarixli 1344 nömrəli Sərəncamı ilə "Dövlət Qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, İdman Ustasıdır.
Azər Məhərrəmov - Azərbaycanlı idmançı, armrestlinq üzrə usta idmançıdır. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Asif Məhərrəmovun oğludur.

Eduard Məmmədov (2 yanvar 1978) - "Ağ Canavar" ləqəbli azərbaycanlı peşəkar kikboksçu, 30 qat dünya çempionu, 11 qat Avropa çempionu, 11 qat Dünya Kubokunun sahibi, WAKO versiyası üzrə 10 qat dünya çempionu, 15 qat Azərbaycan çempionu, Əməkdar idman ustası, Əməkdar məşqçi, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, polis polkovnik-leytenantıdır.

Vəfa Musayeva (25 mart 1981) - azərbaycanlı alpinist, təlimçidir. Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadın, eyni ekspedisiyada həm Everest, həm də Lhotse zirvələrinə qalxan ilk azərbaycanlı alpinistdir.

Nurəddin Rəcəbov - Yunan-Roma güləşi üzrə U-20 milli komandanın böyük məşqçisidir.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Türkiyəyə gedir - COP31-də iştirak edəcək
-
Sürücülər bu gün xüsusilə diqqətli olsun - DYP-dən çağırış
-
Benzin və dizellə bağlı mühüm xəbər
-
DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri saxladı
-
Konsert biletlərinə görə pulun bir hissəsi geri qaytarılacaq
-
Leysan yağacaq, qara keçəcək - Proqnoz
-
443 min nəfərə şad xəbər - Pul veriləcək
-
5 ildən köhnə olmayan maşınlarla bağlı yeni qərar
-
İsmail Kartalın yeni klubu bəlli oldu
-
Ev heyvanı saxlayanlara pis xəbər
-
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
-
26 yaşlı futbolçu qəfil öldü
-
Kuryerlərin vergi öhdəliyi dəyişir - Ayda cəmi 15 manat ödəyəcəklər?
-
Anar Rzayevə ağır itki
-
Ermənistan polis dövlətinə çevrilir
-
Pensiyaçılara gələn il bu qədər əlavə pul veriləcək
-
Valideynlərə 1500 manatlıq müavinət - Bu dəyişiklik gözlənilir
-
“Gecə saat 12-də restoranda niyə "pudra" vurum ki?” – Elgiz əsəbiləşdi - (Video)
-
Çipsi bahalaşa bilər - Hər kiloqrama 1 manat vergi təklifi
-
Ermənistanda milyarderin həbs müddəti uzadıldı
-
Xəzərdə fırtına gözlənilir - Dalğalar 5 metrədək yüksələcək
-
İpoteka ilə kirayə götürülən evlərdə yeni qayda - Kimlərə icazə verilir?
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı - Anası danışdı - (Video)
-
Bakı-Ağstafa qatarına əlavə reyslər açılır - Tarixlər





