İdman

Levandovski karyerası ilə bağlı qərarını verdi

12 Noyabr 2025 10:30
Baxış: 418
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Barselona"nın hücumçusu Robert Levandovski 2026-cı ilin yayında futbolçu karyerasını başa vura bilər.

Milli.Az xəbər verir ki, 37 yaşlı polşalı forvard Kataloniya klubunda qalmaq arzusundadır. Lakin əgər "Barselona" onunla 2026-cı ildə başa çatacaq müqaviləni yeniləməsə və digər komandaların təklifləri futbolçunu razı salmasa, Levandovski karyerasını bitirməyi planlaşdırır.

Levandovski 2022-ci ilin yayından "Barselona"nın heyətində çıxış edir. Cari mövsümdə o, bütün turnirlərdə 12 oyuna çıxaraq 7 qol vurub.

Qeyd edək ki, təcrübəli hücumçu bundan əvvəl "Bavariya", Dortmund "Borussiya"sı və Polşanın "Lex" klublarında da forma geyinib.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.