İdman

Əliyar Ağayev Moyze Kini meydandan qovdu - VİDEO

22 Avqust 2025 18:22
Baxış: 355
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Konfrans Liqasının pley-off mərhələsinin Ukraynanın "Polesye" və İtaliyanın "Fiorentina" klubları arasında keçirilmiş ilk oyununu idarə edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə Ağayev 44-cü dəqiqədə "Fiorentina"nın hücumçusu Moize Kini meydandan qovub.

Bu epizodda "Polissya"nın müdafiəçisi Eduard Sarapiyy Moyze Kinin saçlarını dartıb və "Fiorentina"nın futbolçusu rəqibə dirsəklə zərbə endirib. 

Əliyar Ağayevin qırmızı vərəqə qərarı "Fiorentina"nın baş məşqçisi Stefano Piolinin narazılığına səbəb olub.  Əliyar Ağayev hər komandanın bir futbolçusuna isə sarı vərəqə göstərib.

Sözügedən görüntüləri təqdim edirik: 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.