İdman

"Qalatasaray" Osimhenə görə böyük məbləğ ödəyəcək

19 İyul 2025 19:09
Baxış: 335
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İtaliyanın "Napoli" klubu ilə "Qalatasaray" Viktor Osimhenin 75 milyon avroluq transfer qiyməti barədə razılığa gəliblər.

Milli.Az xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Mənbə iddia edir ki, İstanbul nəhəngi transfer üçün ilkin olaraq 40 milyon avro, gələn yay isə 35 milyon ödəyəcəyinə zəmanət verib.

Eyni zamanda, oyunçunun müqaviləsinə diqqətçəkən bir şərt də əlavə edilib. Belə ki, Viktor Osimhen növbəti iki il ərzində İtaliya çempionatına qayıda bilməz.

Qeyd olunur ki, hazırda transferin son şərtləri razılaşdırılır.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.