İdman

"Real Madrid"in 18 yaşlı ulduzu özündən böyük modellə evləndi - FOTO

19 İyul 2025 18:23
Baxış: 459
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Real Madridin gənc futbolçusu Endrik şəxsi həyatını pərəstişkarları ilə bölüşüb. 18 yaşlı braziliyalı futbolçu 24 yaşlı model Gabriely Miranda ilə keçən ilin sentyabrında baş tutan toy mərasimindən fotoları ilk dəfə ictimaiyyətlə paylaşıb.

Milli.Az xəbər verir ki, gizli şəkildə ailə həyatı quran cütlüyün toy fotoları iyulun 18-də məşhur futbol jurnalisti Fabrizio Romano tərəfindən yayımlanıb. Fotolar sosial şəbəkələrdə böyük maraq doğurub və cütlüyün münasibətləri ilə bağlı illərdir dolaşan söz-söhbətləri təsdiqləyib.

Endrik Real Madridə keçdikdən sonra tez-tez Miranda ilə müxtəlif tədbirlərdə görüntülənmişdi. Bu isə onların münasibətləri ilə bağlı müxtəlif şayiələrin yayılmasına səbəb olmuşdu. Nəhayət, toy fotoları pərəstişkarların şübhələrini gerçəyə çevirdi.

Qeyd edək ki, hazırda mövsümlərarası istirahətdə olan Endrik, həmçinin əzələ zədəsindən sağalır və 21 iyula qədər meydana qayıtması gözlənilir. Qeyd edək ki, Real Madrid 2025 Klublararası Dünya Kubokunun yarımfinalında Paris Saint-Germain-ə 4:0 hesabı ilə məğlub olub.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.