İdman

“Qarabağ” - “Şelburn” matçının biletləri satışa çıxarıldı - FOTO

18 İyul 2025 13:04
Baxış: 506
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) oyununun biletləri iyulun bu gün 12:00-dan etibarən satışa çıxarılacaq.

Milil.Az. xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsi məlumat yayıb. 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.