Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında Azərbaycan millisinin İngiltərəyə qarşı keçirəcəyi 1/4 final oyununun başlama saatı müəyyənləşib.
Milli.Az xəbər verir ki, mayın 29-da Milli Gimnastika Arenasında təşkil olunacaq qarşılaşma saat 20:30-da start görürəcək.
Macarıstan və Mavritaniya yığmaları arasındakı günün ilk 1/4 final matçının start fiti isə saat 17:30-da çalınacaq.
Qeyd edək ki, daha iki 1/4 final cütünün taleyinə 1/8 final mərhələsinin mayın 28-də keçiriləcək qalan 4 oyunundan sonra aydınlıq gələcək.
Milli.Az