İdman

Okan Buruk onların ayrılığını rəsmən açıqladı

27 May 2025 07:07
Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Okan Buruk jurnalistlərə açıqlamasında Dris Mertens və Fernando Musleranın ayrılığını açıqlayıb.

Milli.Az xəbər verir ki, təcrübəli mütəxəssis yaxın günlərdə iki futbolçu ilə yollarını ayıracaqlarını bildirib:

"Bu çempionatlarda Muslera və Mertens kimi böyük payı olan iki futbolçu bizdən ayrılacaq. Bu, bizi çox duyğulandırır. Hər sevinc və hər matçda bunu hiss edirik. Onların əvəzinə ciddi transferlər etməliyik. Mertens və Muslera nümunəvi futbolçulardır. Onları əvəz etmək asan deyil. Futbolun acınacaqlı tərəfi də budur. Ayrılıqlar ola bilər. Bunu heç kim yaşamaq istəmir, amma bu, futbolun həqiqətlərindən biridir".

Qeyd edək ki, Dris Mertens "Cimbom"a 2022-ci, Fernando Muslera isə 2011-ci ildə qoşulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.