İdman

"Qalatasaray"dan 5 qollu qalibiyyət

27 Aprel 2025 22:36
Baxış: 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Superliqasında 33-cü turun oyunu çərçivəsində lider "Qalatasaray" "Eyupspor"un qonağı olub.

Milli.Az xəbər verir ki, İstanbulun iki təmsilçisi arasındakı matç "aslanlar"ın qələbəsi ilə yekunlaşıb.

Qonaqlar rəqibin qapısından 5 top keçirib. Meydan sahibləri bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 1:5.

Bu qələbədən sonra "cim bom" xallarını 80-ə çatdırıb. Komanda ən yaxın izləyici "Fənərbağça"nı 5 xal qabaqlayır. "Eyupspor" isə 50 xalla turnir cədvəlində ilk 5-liyi tamamlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.