İdman

"Liverpul" 20-ci dəfə İngiltərə çempionu oldu

27 Aprel 2025 21:46
Baxış: 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə İngiltərə Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi müəyyənləşib.

Milli.Az xəbər verir ki, XXXIV turun bağlanış oyununda doğma meydanda "Tottenhem"i 5:1 hesabı ilə məğlub edən "Liverpul" sona 4 tur qalmış ölkə çempionu olub.

Mersisayd təmsilçisinin qollarını Luis Dias, Aleks MakAllister, Kodi Qakpo, Məhəmməd Salah və Destini Udogi (avtoqol) vurublar. Qonaq komandadan isə Dominik Solanke fərqlənib.

Bu qələbə ilə xallarını 82-yə çatdıran "Liverpul" ən yaxın izləyicisi "Arsenal"ı 15 xal qabaqlayır. "Tottenhem" isə 37 xalla 16-cı pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.