"Real"ın Arda planı ifşa oldu: yeni baş məşqçini o "təyin edəcək" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"La Liqa" nəhəngi "Real Madrid"də sular durulmur.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal"a iki oyunun nəticəsinə görə uduzaraq turnirdən kənar qala "Kral klubu"nda baş məşqçi Karlo Ançelotti ilə yolların ayrılacağına artıq dəqiq baxılır.
Çempionatda 1 oyun az olmaqla, lider "Barselona"dan 7 xal geri qalan Madrid təmsilçisinin mövsümün sonunda çempion olsa belə, Ançelotti ilə yolları ayıracağı iddia olunur.
İspaniyanın "Sport" nəşrinin məlumatına görə, "Real Madrid" rəhbərliyi Ançelottidən sonra komandanın sükanını "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonsoya təhvil vermək niyyətindədir. Klub prezidenti Florentino Peres və idarə heyəti Alonsonu komandaya gətirmək üçün Leverkuzenə gənc futbolçulardan birini icarəyə, ya da satış yolu ilə təklif etməyi planlaşdırır.
Mənbənin iddiasına görə, bu futbolçular arasında Türkiyə millisinin və "Real Madrid"in üzvü Arda Gülerin də adı keçir. "Los Blankos" istədiyi baş məşqçini gətirə bilmək üçün Arda Gülərə möhtacdır. Əgər türk oyunçu satılarsa, klub onun transfer müqaviləsinə geri alma bəndi əlavə etməyi düşünür.
Bundan əlavə, İspaniya mediasında yayılan xəbərlərdə qeyd olunur ki, Arda Güler "Real Madrid"də kifayət qədər oyun vaxtı ala bilmədiyindən narazıdır və klubdan ayrılmaq istəyir.
Qeyd edək ki, Arda Güler bu mövsüm "Real Madrid" forması ilə 34 oyunda iştirak edib, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc ulduz ümumilikdə 1233 dəqiqə meydanda olub.
Tural
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əli Verdiyevə vəzifə verildi
-
Ərdoğan Zəfər Günü Azərbaycana gələcək
-
Kamran Ağabalayev: “İtin günündəyik” - (Video)
-
Azərbaycanda məzuniyyət qaydası dəyişir
-
Erməni lobbisi ABŞ Konqresində revanşa hazırlaşır
-
Dövlət qərarlarının ikinci imzası: İctimai etimad
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Paşinyan Türkiyəyə gedir - COP31-də iştirak edəcək
-
Sürücülər bu gün xüsusilə diqqətli olsun - DYP-dən çağırış
-
Benzin və dizellə bağlı mühüm xəbər
-
DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri saxladı
-
Konsert biletlərinə görə pulun bir hissəsi geri qaytarılacaq
-
Leysan yağacaq, qara keçəcək - Proqnoz
-
443 min nəfərə şad xəbər - Pul veriləcək
-
5 ildən köhnə olmayan maşınlarla bağlı yeni qərar
-
İsmail Kartalın yeni klubu bəlli oldu
-
Ev heyvanı saxlayanlara pis xəbər
-
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
-
26 yaşlı futbolçu qəfil öldü
-
Kuryerlərin vergi öhdəliyi dəyişir - Ayda cəmi 15 manat ödəyəcəklər?
-
Anar Rzayevə ağır itki
-
Ermənistan polis dövlətinə çevrilir
-
Pensiyaçılara gələn il bu qədər əlavə pul veriləcək
-
Valideynlərə 1500 manatlıq müavinət - Bu dəyişiklik gözlənilir





