Ronaldonun Corcinası nəhəng “nişan üzüyünü” nümayiş etdirdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez sosial mediada paylaşdığı nəhəng üzüyü ilə gündəmə gəlib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı model "Instagram" hesabında böyük, şəffaf daşla bəzədilmiş üzüyün şəklini paylaşaraq ərəb dilində "Və bizi şərdən uzaq tut, Amin" sözlərini yazıb. Bu sözlər eyni zamanda onun əlində döymə kimi də var.
Baxmayaraq ki, paylaşımda nişan üzüyü açıq şəkildə nümayiş olunur, cütlüyün rəsmi olaraq nişanlanmadığı bildirilir. Hətta bir neçə həftə əvvəl Ronaldo "Netflix"də yayımlanan sənədli filmində hələ evlənməməsinin səbəblərindən danışıb.
40 yaşlı ulduz futbolçu demişdi:
"Hər zaman ona deyirəm: 'O klik gələndə'. Həyatımızdakı hər şey kimi, o da bir anda baş verəcək və o, nəyi nəzərdə tutduğumu yaxşı bilir. Bu, bir ilə də ola bilər, altı aya da, bir aya da. Mən 1000% əminəm ki, bu olacaq."
Bldirək ki, cütlük 2016-cı ildən birlikdədir və onların Alana (7 yaş) və Bella (2 yaş) adlı iki övladı var. Circina həmçinin Ronaldonun digər üç övladına da analıq edir.
Rodriguez öz "I Am Georgina" adlı realiti şousunda dostlarının ona tez-tez "Toy nə vaxtdır?" deyə zarafat etdiklərini də etiraf edib.
Model deyib:
"Ceylonun 'The Ring' mahnısı çıxandan bəri, mənə onu oxuyurlar. Amma bu mənim qərarım deyil".
Ronaldo hər nə qədər rəsmi nikah olmasa da, tez-tez Corcinanı "həyat yoldaşım" kimi təqdim edir. 2024-cü ilin dekabrında Dubayda keçirilən "Globe Soccer Awards" mərasimində belə demişdi:
"Bu mükafatı almaq böyük şərəfdir. Böyük oğlum burdadır, həyat yoldaşım burdadır".
Hal-hazırda Ronaldo Səudiyyə Ərəbistanının "Al-Nassr" klubunda çıxış edir və ailəsi ilə birlikdə paytaxt Ər-Riyadda yaşayır.
Hüseyn
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər





