İdman

UFC yarışı ilk dəfə Azərbaycanda - Rəsmi

12 Aprel 2025 00:05
Baxış: 764
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarışıq döyüş sənəti üzrə dünyada aparıcı olan UFC (Ultimate Fighting Championship) təşkilatı Azərbaycanda ilk dəfə turnir təşkil edəcək.

Milli.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yarış iyunun 21-də Bakıda keçiriləcək.

Gecənin əsas döyüşündə orta ağır çəkidə keçmiş UFC çempionu və reytinqin 4 nömrəlisi Camaal Hill və 7 nömrəli Kiçik Halil Rauntri üz-üzə gələcək.

Turnirdə həmçinin ən yüngül çəkinin 10 nömrəlisi, keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun rəhbərliyi altında məşq edən rusiyalı döyüşçü Tahir Ulanbekov ABŞ təmsilçisi Kyodzi Horiqutiyə qarşı döyüşəcək.

Superağır çəkidə rusiyalı Rizvan Kuniyev reytinqin 5-cisi, ABŞ-dan olan Kertis Bleydslə üz-üzə gələcək.

Yüngül çəkidə rusiyalı İrina Alekseyeva polşalı Klaudiya Sıqulı ilə, Darya Jeleznyakova ingiltərəli Melissa Mallinslə döyüşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.