İdman

Kriştianu Ronaldunun hoteli yandı - VİDEO

9 Aprel 2025 20:11
Baxış: 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ən-Nəsr"in futbolçusu Kriştianu Ronaldunun Mərakeşdəki hotelində yanğın baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində "Pestana CR7" adlı mehmanxanaya ciddi ziyan dəyib.

Xoşbəxtlikdən şəxsi heyətin və yanğınsöndürənlərin çevik hərəkəti nəticəsində xəsarət alan olmayıb.

Yanğın boş otaqda başlayıb. Ehtimal edilir ki, qısaqapanmadan olub. Faktla bağlı araşdırma aparılır.

"Pestana CR7" hotelləri Portuqaliyada (Funşal və Lissabon), İspaniyada (Madrid), Fransada (Paris), İngiltərədə (Mançester) və Mərakeşdə (Mərakeş) yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.