Okan Buruk karyerasını İtaliyada davam etdirə bilər.
Milli.Az xəbər verir ki, İtalyan mətbuatında yayılan xəbərlərə görə, "Latsio" bu mövsüm gözlənilən nəticələri əldə etməyən baş məşqçi Marko Baroni ilə yollarını ayıra bilər və bu halda Okan Buruk diqqət mərkəzinə gələ bilər.
Okan Buruk "İnter"də futbolçu kimi çıxış edib və italyanca danışa bilir, bu da onun İtaliya klubları ilə iş birliyini asanlaşdıra bilər.
"Qalatasaray"la müqaviləsi 2026-cı ilin iyununa qədər davam etsə də, onun beynəlxalq arenada maraq görməsi və İtaliya nəhənglərindən biri ilə müqavilə bağlamaq ehtimalı mövcuddur. Bu mövsümdə 45 oyun keçirən Buruk 27 qalibiyyət, 12 heç-heçə və 6 məğlubiyyətlə "Qalatasaray"ın lider mövqeyini qoruyub.
Fidan
Milli.Az