"Heç bir xanım məndən inciməsin. Amma Allah kişiləri xanımlardan yaraşıqlı yaradıb".
Milli.Az bildirir ki, bu sözləri Aytən Səfərova aparıcısı olduğu "Xəbər ertəsi" verilişində deyib. Televiziya ulduzu bildirib ki, kişilərdən fərqli olaraq qadınlar qulluğa çox vaxt sərf edirlər:
"Kişilər bir dənə sabunla girib-çıxırlar və ortalığa gözəllik çıxır. Həqiqətən belədir. Xanımlar isə ağardıcılardan, saçımızı - şampun, balzam, maskalar edirik. Kişilər isə bir tək sabunla bunu edirlər. Biz qadınlar bu prosesi duşda edəndə həmin zamanda kişilər sabunlanıb, çıxırlar. Biz isə üzümüzü xüsusi köpüklə yuyuruq, dişlərimizin arasını sapla təmizləyirik. Misal üçün mən dişlərimi əvvəlcə sapla təmizləyib, sonra fırçalayıram. Artıq biz bu prosedurları edən zamanı 10 kişi duşa girib, çimir, çıxır. Sonra xüsusi əlcəklərlə bədənimizi yuyuruq. Bədən gellərindən istifadə edirik. Bundan başqa biz kirpik qoymalıyıq, dodaq dolğusu etməliyik, botoks vurdurmalıyıq və mütləq şəkildə üzümüzə makiyaj etməliyik. Amma kişilər həqiqətən o qədər yaraşıqlı yaradılıb ki, kosmetikasız gözəldirlər. Allah sizi bizə çox görməsin". /olay.az
Milli.Az