İdman

Bundesliqa klubunda baş məşqçi istefası reallaşdı - RƏSMİ

30 Mart 2025 16:45
Baxış: 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın "Leypsiq" klubu baş məşqçisi Marko Rousu istefaya göndərib. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi qərarını "X" sosial media hesabı (Twitter) üzərindən açıqlayıb.

Onun köməkçiləri Aleksandr Zikler, Marko Kurt, Frank Heydek və Frenk Eqiq də öz vəzifələrini tərk ediblər. Klub yaxın vaxtlarda mövsümün sonuna kimi komandanı kimin çalışdıracağını açıqlayacaq.

48 yaşlı mütəxəssis 2022-ci ilin sentyabrından "Leypsiq"in baş məşqçisi vəzifəsini icra edirdi. "Buğalar" onun rəhbərliyi altında Almaniya kuboku və Superkubokunun qalibi olub.

Almaniya Bundesliqasının 27 turundan sonra "Leypsiq"in 42 xalı var və altıncı yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.