İdman

“Qoca sinyora” özünə gələ bilmir - Ümid Tudoradır

28 Mart 2025 18:36
Baxış: 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "Yuventus" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Milli.Az qafqazinfo.az-a iistinadən xəbər verir ki, xorvatiyalı mütəxəssi İqor Tudor mövsümün sonuna kimi klubun sükanı arxasına keçib.

Tudor 1998-2007-ci illərdə "Yuventus"da oynayıb. O, "qoca sinyora"nı Çempionlar Liqasına yüksəldə bilsə, müqavilə müddəti bir il daha  uzadılacaq. Turin klubu yeni məşqçisi ilə şənbə günü "Genoa" ilə qarşılaşmada debüt edəcək.

Qeyd edək ki, bir vaxtlar "at oynadan" "Yuventus" bir neçə ildir uğursuz nəticələrlə yadda qalır. İş o yerə çatıb ki, artıq komanda Seria A-da ilk dörtlüyə düşməyə də çətinlik çəkir. Bu səbəbdən klub ardıcıl bir neçə məşqçi dəyişsə də, hələ ki, özünə gələ bilmir. Yeni çalışdırıcı İqor Tudor qarşısına qoyulan əsas öhdəliklərdən biri də klubun ən azı Çempionlar Liqasına vəsiqə əldə etməsinə nail olmaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.