İdman

"Fənərbağça" bu ulduzunun maaşını azaldacaq

25 Mart 2025 12:09
Baxış: 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fənərbağça" Ceko ilə yeni şərtlərlə müqavilə imzalamağa çalışır. Superliqa təmsilçisi kapitanın maaşını azaltmaq istəyir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İstanbul nəhəngi bosniyalı forvardla sözləşmə ilə bağlı danışıqlara başlayıb.

Klub illik 4.2 milyon avro qazanan 39 yaşlı futbolçuya illik 3 milyon avro maaş təklif edəcək.

Qeyd edək ki, Edin Ceko 2023-cü ilin yayından "Fənərbağça"da çıxış edir. Bosniya və Herseqovina millisinin üzvü bu mövsüm Türkiyə təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.