Emreli biabırçı məğlubiyyətdən sonra DANIŞDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan millisinin üzvü Mahir Emreli Haitiyə 0:3 hesablı məğlubiyyətdən sonra "CBC Sport"a açıqlama verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu dünənki görüşdə kifayət qədər qol epizodları yaratdıqlarını bildirib.
"100 faizlik qol şanslarımız da var idi. Sadəcə onları dəyərləndirə bilərdik. Futboldur da, olur. Erkən buraxdığımız qol planlarımıza təsir etdi. Rəqibi yaxşı analiz etmişdik. Hesabda geri düşməyimizə görə hücuma atıldıq. Evdə oynadığımız üçün rəqibə təzyiq göstərmək istəyirdik. Lakin müdafiədə boşluqlara yol verdik və fərqlənə biləcəyimiz anda qol buraxdıq. Yoldaşlıq matçı olduğunu anlamalıyıq. Fernandu Santuş da bəzi metodları sınaqdan keçirirdi. Yeni futbolçular da var idi. Gənc futbolçuların özü üçün də yeni təcrübə idi. Çoxusu əlindən gələni etdi. Ramazan ayında oynayırıq. Oyunçular oruc tutmalarına baxmayaraq maksimumlarını verə bilirlər. Səhvlərimizi analiz etməli və Belarusla görüşə doğru şəkildə hazırlaşmalıyıq. Meydana qələbə üçün çıxmalıyıq".
O, matçdan sonra Fernandu Santuşla qısa dialoqundan da bəhs edib. Bununla yanaşı, "Nürnberq"dəki karyerasına münasibət bildirib:
"Fernandu Santuş mənə yaxşı oynadığımı dedi. Özümü harada daha yaxşı hiss etməyimlə bağlı qısa danışımız oldu. "Nürnberq"dəki vəziyyətə gəlincə, bu barədə yəqin ki, bir gün danışaram. Hər halda, bunun yayda olacağını düşünürəm. Bircə onu deyim ki, danışılanların çoxu doğru deyil. Klubumda hər şey normaldır. Deyilən kimi deyil. Futbolla bağlı problem deyil. Tamam başqa məsələ idi. Bu da normaldır. Futbol bir az biznesə də çevrilib. Sadəcə, sakitliyimi qoruyacağam və yaya kimi dözəcəyəm. Ondan sonra qərarımızı verəcəyik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Mançester Yunayted" - "Sabah" oyunu başlayıb - YENİLƏNİR - CANLI
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
“Sabah”ın oyununa hansı kanalda baxaq?
XƏBƏR LENTİ
-
Şəkidəki faciənin birbaşa şahidi, Coşqun Məmmədovun nişanlısı danışdı
-
"Mançester Yunayted" - "Sabah" oyunu başlayıb - YENİLƏNİR - CANLI
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Hamı Xalq artisti oldu, mən isə yerimdə addımlayıram" - Ruhəngiz Allahverdiyeva
-
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
-
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyədə kürəkəninə ağır cəza tələb etdi
-
“Sabah”ın oyununa hansı kanalda baxaq?
-
Zaqatalalı iş adamının ölkədən çıxışına stop qoyuldu





