İdman

Məşhur futbolçu İslamı qəbul edib? - “Allahu Əkbər” yazıb FOTO paylaşdı

19 Mart 2025 08:49
Baxış: 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva "Spartak"ının sabiq hücumçusu Kvinsi Promes sosial şəbəkələrdə yeni paylaşım edib.

Milli.Az xəbər verir ki, Promes matçların birindən səcdə etdiyi fotonu yerləşdirib və üzərinə "Allahu Əkbər" yazıb.

Bəzi istifadəçilər niderlandlının paylaşımını onun İslamı mümkün qəbul etməsi ilə əlaqələndirirlər.

Xatırladaq ki, ötən ilin sentyabr ayından Promes "Dubay Yunayted" klubunda çıxış edir. Promes BƏƏ-dən çıxmaq qadağası səbəbindən Rusiya Premyer Liqasının ötən mövsümünün bütün yaz hissəsini buraxdı. Futbolçu "Spartak"ın təlim-məşq toplanışı keçirdiyi Dubay hava limanında Moskvaya uçmaq istəyərkən saxlanılmışdı.

Əvvəllər bildirilmişdi ki, Niderland Promesin ekstradisiyasını istəyir. Öz ölkəsində futbolçu qadağan olunmuş maddələrin qaçaqmalçılığında ittiham olunur. (Publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.