İdman

Braziliya millisinin iki əsas oyunçusu yığmadan kənarda qaldı

16 Mart 2025 08:48
Baxış: 355
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Santos"un 33 yaşlı hücumçusu Neymar tibbi göstəricilərə görə milli komandanın qarşıdakı oyunlarında iştirak edə bilməyəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyasının (CBF) Mətbuat Xidməti xəbər yayıb.

Bildirilir ki, qərar Braziliya milli komandasının tibbi heyəti tərəfindən qəbul edilib.

Neymar, öz növbəsində, Braziliya milli komandasının qarşıdakı toplanışı üçün oyunçu siyahısından çıxarılmasına şərh verib.

"Uzun müzakirələrimiz oldu və hamı bilir ki, mən qayıtmağı nə qədər istəyirdim, lakin biz konsensusa gəldik və risk etməməyi, travmadan tam xilas olmaq üçün daha yaxşı hazırlaşmağı qərara aldıq. Bu, prosesin bir hissəsidir. Dəstək mesajları göndərən hər kəsə təşəkkür edirəm", - deyə Neymar sosial şəbəkə hesabından yazıb.

Qeyd edək ki, bir müddət əvvəl braziliyalı hücumçu liqa matçında zədələndiyini açıqlayıb. Ancaq bundan dərhal sonra o, Braziliya karnavalında əyləndiyi yerdə görüntülənib. Bu, Braziliyada kəskin tənqidlə qarşılanıb. İnsanlar Neymarın rəqs etmək əvəzinə zədəsini müalicə etməli olduğunu bildirib və futbolu ciddi qəbul etməməkdə qınayıblar.

Yeri gəlmişkən, "Mançester Siti"nin qapıçısı Ederson da səhhətində problemlə əlaqədar milli komandaya getməyəcək.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.