İdman

Neymar uzun müddət sonra yenidən Braziliya yığmasına qayıdır

7 Mart 2025 22:09
Baxış: 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neymar Kolumbiya və Argentinaya qarşı keçiriləcək dünya çempionatının seçmə oyunları üçün 17 ay fasilədən sonra Braziliya yığmasına geri çağırılıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki,  "Santos"un forvardı 2023-cü ilin oktyabrında Uruqvaya qarşı dizindən zədə aldıqdan sonra "Selecao"da meydana çıxmayıb.

33 yaşlı futbolçu Braziliya çempionatında 7 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

"Barselona" və PSJ-nin keçmiş oyunçusu bir il yarımdır yığmaya çağırılmırdı.

Neymar Braziliya yığmasının heyətində sonuncu oyununu 2023-cü il oktyabrın 18-də keçirib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.