Futbol üzrə Azərbaycan Kubokunda bu gün bütün yarımfinalçılar müəyyənləşəcək.
Milli.Az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyununda "Zirə" "Araz-Naxçıvan"ı qəbul edəcək.
Qarşılaşma saat 16:00-da start götürəcək. İlk görüşdə Bakı klubu minimal hesabla məğlub olub - 0:1. Cütün qalibi növbəti raundda "Qarabağ"la üz-üzə gələcək.
1/4 final mərhələsinə saat 19:30-da start götürəcək "Neftçi" - "Kəpəz" görüşü ilə yekun vurulacaq. Paytaxt təmsilçisi birinci matçda iki cavabsız qolla qalib gəlib. Bu dueldə güclü olan komanda yarımfinalda "Sabah"a rəqib olacaq.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
28 fevral
16:00. "Zirə" - "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 0:1.
19:30. "Neftçi" - "Kəpəz"
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"Neftçi Arena"
İlk oyun - 2:0.
Qeyd edək ki, daha əvvəl 1/4 finalda "Qarabağ" "Səbail"i (1:0, 3:1), "Sabah" isə "Sumqayıt"ı (0:0, 4:0) mübarizədən kənarlaşdırıb.
Milli.Az