İdman

"Marsel"in prezidentinə ağır CƏZA

27 Fevral 2025 15:18
Baxış: 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın "Marsel" klubunun prezidenti Pablo Lonqoriya 15 oyunluq cəzalandırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna klub rəhbərinin etikanı pozan, futbolun imicinə xələl gətirən təhqiramiz ifadə və davranışlara yol verməsi səbəb olub.

Fransa çempionatının XXIII turunda "Oser"lə matçda (0:3) qırmızı vərəqə alan "Marsel"in futbolçusu Derek Kornelius meydandan qovulduqdan sonra, prezident görüşün hakimi Ceremi Stinata "korrupsiya, əsl korrupsiya" deyə qışqırıb.

İspaniyalı funksioner Fransa çempionatının cari mövsümündə komandasının qalan bütün oyunlarını buraxacaq. O, həmçinin növbəti mövsümdə də bəzi matçlarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Marsel" Fransa çempionatında 23 turdan sonra 46 xalla ikinci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.