İdman

Qvardiola bunu inkar etdi

27 Fevral 2025 09:21
Baxış: 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "şəhərlilərin" hazırkı problemlərinin onun peşəkar karyerasının ən çətin problemi olub-olmaması ilə bağlı sualı cavablandırıb. 

Milli.Az bildirir ki, Premyer Liqanın 26 turundan sonra "Mançester Siti" lider "Liverpul"dan 20 xal geri qalaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

"Xeyr. Biz bundan əvvəl də belə prosesdən keçmişik. Doqquz ildən sonra başladığımız komandamız yoxdur. Bu ən böyük problem deyil, daha böyükləri var idi. Mən karyerama ilk başlayanda komandamı və məni qarşıda çoxlu çətinliklər gözləyirdi və birlikdə onların öhdəsindən gələ biləcəyimizi sübut etdik", - Qvardiola vuröulayıb.

Qvardiola 2016-cı ildən "Mançester Siti"də baş məşqçidir. İspaniyalı daha əvvəl Münhenin "Bavariya"sını və Kataloniya "Barselona"sını çalışdırıb. /lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.