İdman

“Qarabağ” “Sabah”la heç-heçə etdi

22 Fevral 2025 21:20
Baxış: 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

21:20

Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

Milli.Az xəbər verir ki, növbəti oyun "Qarabağ"la "Sabah" arasında keçirilib.

Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Bu nəticədən sonra xallarını 57-yə çatdıran "Qarabağ" 1-ci, "Sabah" isə 33 xalla 5-ci sırada qərarlaşıb.

Xatırladaq ki, daha öncə "Neftçi" "Sumqayıt"la ev oyunundan 1:0 hesablı qələbə ilə ayrılıb. "Araz-Naxçıvan" - "Səbail" matçında isə qalib müəyyənləşməyib - 0:0. 

"Şamaxı" - "Turan Tovuz" və "Zirə" - "Kəpəz" oyunları isə sabah keçiriləcək.

------------
09:59

Premyer Liqada 24-cü turun oyunları davam edir.

Milli.Az  xəbər verir ki, bu gün əvvəlcə "Araz-Naxçıvan" öz meydanında "Səbail"i qəbul edəcək.

Günün ikinci matçında - turun mərkəzi qarşılaşmasında "Qarabağ" öz meydanında "Sabah"ı qəbul edəcək.

Hazırda Ağdam klubu 56 xalla çempionatın vahid lideridir. "Sabah" isə 32 xalla beşinci pillədə qərarlaşıb.

Son iki turda qalib gələn Qurban Qurbanovun komandasından fərqli olaraq "Sabah" son 6 matçdan yalnız birində 3 xal qazanıb.

Cari mövsüm bu komandaların qarşıdurmasında "Qarabağ" üstün tərəfdir. İlk dövrədəki matç Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci görüşdə isə qalib aşkarlanmayıb - 1:1.

Premyer Liqa, XXIV tur

22 fevral (şənbə)

19:00. "Qarabağ" - "Sabah"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
VAR: Eyyub İbrahimov
Tofiq Bəhramov adına Respublika Stadionu

16:00. "Araz-Naxçıvan" - "Səbail"
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
"Liv Bona Dea Arena"

23 fevral (bazar)

14:30. "Şamaxı" - "Turan Tovuz"

17:00. "Zirə" - "Kəpəz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.