Dünya

Oyunda faciə BAŞ VERDİ: Yaralananlar var - VİDEO

17 Fevral 2026 17:47
Baxış: 535
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-də Rod-Aylend ştatının Pautuket şəhərində iki məktəb komandası arasındakı hokkey qarşılaşması zamanı atışma baş verib.

Milli.Az xəbər verir ki,  "New York Post" nəşrinə istinadən yaydığı məlumata əsasən, həmin şəxs hokkey turnirində çıxış edən Şimali Providens Liseyinin şagirdinin atası, 56 yaşlı Robert Dorqan olub.

Polisin açıqlamasına görə, "ciddi psixi sağlamlıq problemləri"ndən əziyyət çəkən Dorqan oyunu izləyən ailə üzvlərini hədəf alıb. O, həyat yoldaşını və qardaşını qətlə yetirdikdən sonra hadisə yerində özünə qəsd edib.

Yaralanan digər üç nəfər xəstəxanaya çatdırılıb və onların vəziyyətinin ağır olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.